Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda gizli işləyən çay evi: müştərilər də cərimələndi

    Bakıda gizli işləyən çay evi: müştərilər də cərimələndi Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan çay evi aşkarlanıb.
    Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi, Binəqədi Rayon Polis İdarəsi və 6-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə Biləcəri qəsəbəsi Ordubadi küçəsində “Lokomativ-Biləcəri” çay evinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.
    Ümumilikdə 17 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icrədarı P.Bodurov 2000 manat, digərləri 200 manat cərimə olunublar.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ