27 dek 10:04hadise, gundem

Baş Prokurorluqdan saxta içkidən zəhərlənmə hadisəsi ilə bağlı - Açıqlama

Baş Prokurorluqdan saxta içkidən zəhərlənmə hadisəsi ilə bağlı - Açıqlama Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğu birgə məlumat yayıb.
Azərbaycan Respublikasında həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməkdədir.
Qida təhlükəsizliyi sahəsində şəffaflığın, effektiv nəzarətin təmin edilməsi məqsədilə strateji dövlət idarəetməsinin prinsiplərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş hüquqpozmalarına qarşı mübarizə istiqamətində Qida Təhlükəsizliyi Agentliyi ilə Baş Prokurorluq tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.
Bakı şəhər sakinləri Sərxan Bayramovun dekabrın 23-də, Mustafa Mustafayevin isə dekabrın 24-də "kəskin peroral metil spirti ilə ağır dərəcədə zəhərlənmə” diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olaraq vəfat etmələri, Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin isə "alkoqol zəhərlənməsi” diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktları ilə bağlı Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 213-1.1(aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla iş üzrə istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.
Aparılmış istintaqla zəhərlənərək vəfat etmiş Sərxan Bayramovun, zəhərlənərək xəsarət almış Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən "Baku Voice Rooms”, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən "Baku City” restoranlarında, vəfat etmiş Mustafa Mustafayevin isə Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "Everest” restoranında qəbul etdiyi və zəhərlənmələrinə səbəb olmuş "Chivas Regal 12” əmtəə nişanlı spirtli içkilərini "Baku City” restoranının müdiri Füzuli Alıyev və sonuncunun tanışlığı ilə "Everest” restoranına Xəyal Cəfərovun ucuz qiymətə satmasına əsaslı şübhələr müəyyən edilib.
İstintaq zamanı Bakı şəhər Baş Polis İdarəsi, şəhər prokurorluğunun, eləcə də Qida Təhlükəsizlik Agentliyinin əməkdaşları tərəfindən zərər çəkmiş şəxslərin spirtli içki qəbul etdikləri "Baku Voice Rooms”, "Baku City” və "Everest” restoranlarına baxış zamanı qida və içki nümunələri, videomüşahidə kamerasının yaddaş qurğuları, müxtəlif qaimə-fakturalar, eləcə də X.Cəfərovun spirtli içkilər hazırladığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində icarəyə götürdüyü iki mərtəbəli evə baxış zamanı 2 ədəd "Chivas Regal 12” adlı boş viski şüşəsi, 9 ədəd satış üçün nəzərdə tutulmuş qaydada qablaşdırılmış halda "Kremlevskie Kuranti Premium” araqlarının boş şüşələri, 8 ədəd araq və viski spirtli içkilərinin qarışdırılmaqla hazırlanması və sonradan ayrı-ayrı boş şüşələrə doldurulması üçün istifadə edilmiş 5 litr həcmli içərisində araq və viski qalıqları olan plastik qablar, çoxsaylı araq və viski spirtli içki şüşələrinin qapaqları, şüşələrin üzərində vurulan qapaq və etiketlərin bərkidilməsi üçün istifadə edilmiş 4 ədəd hava fen və digər əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb.
Bundan başqa, X.Cəfərovun istehsal etdiyi spirtli içkilərin boş şüşə və qapaqlarını aldığı Səxavəddin Həsənova məxsus Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanında olan anbara baxış zamanı orada "Chivas Regal 12”, "Chivas Regal 18”, "Chivas Regal 21”, "Jameson”, "Grands”, "Jack Daniels” adlı və s. viski, "Nemirov”, "Ruskiy Standart”, "Belyuga”, "Grey Gouse”, "Minsk”, "Qu Quşu”, "Region”, "Grey Cardinal” adlı və s. araq, "Patron”, "Olmega”, "Siera”, "El Chapo” adlı tekila, "Henessy” və "Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkilərin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin müxtəlif növ spirtli içkilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunub.
Götürülmüş içki və qidalardan müvafiq nümunələr Qida Təhlükəsizliyi Agentliyinə təqdim olunmuş, həmçinin spirtli içkilərin keyfiyyətinin müəyyən edilməsi üçün məhkəmə fiziki-kimyəvi, içkilər üzərindəki aksiz markalarının saxta olub-olmamasının müəyyən edilməsi məqsədi ilə məhkəmə sənədlərin-texniki ekspertizası, eləcə də məhkəmə-tibbi ekspertizaları təyin edilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunmuş "Chivas Regal 12” spirtli içki nümunələrinin sınaq nəticələrində yüksək toksiki təsirə malik metil spirtinin həcm payının normadan dəfələrlə yüksək olduğu (76,6%) və bu içkilərin insan həyatı üçün təhlükəli olduğu aşkar olunub.
Cinayət işi üzrə Füzuli Alıyev Cinayət Məcəlləsinin 213-1.1 və 314.2-ci, Xəyal Cəfərov isə həmin məcəllənin 200.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Zərər çəkmiş şəxslərin vəziyyətləri ağır kimi qiymətlədirilməklə stasionar şəraitdə müalicələri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Bakı şəhər prokurorluğunun 498-10-54 nömrəli telefon və ya Qida Təhlükəsizliyi Agentliyinin "1003 – Çağrı mərkəzi”nə məlumat vermələrini xahiş edir.
Eyni zamanda istehlakçılardan xahiş olunur ki, ictimai iaşə, satış və digər məkanlarda qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirsinlər, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun sənədləri tələb etsinlər.
Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcəkdir.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
İqbal Ağazadə Tusi küçəsində sakinlərlə görüş keçirdi 20:52Salome Zurabişvili: Azərbaycan-Gürcüstan münasibətləri regionda sabitlik və inkişaf üçün etibarlı əsasdır 20:38Rusiyada deputat və həyat yoldaşı öldürülüb 20:34Koronavirus məşhur serialda 20:32Elxan Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ 20:27Yol polisinin sürücülərə tələ qurması ilə bağlı yayılmış görüntülərə - RƏSMİ MÜNASİBƏT 20:23Şəmkir və Hacıqabulda ağır yol qəzaları - 5 nəfər ölüb 20:14Kirayə evlərə müraciət nə vaxt başlanır? - AÇIQLAMA 20:08Bakcell növbəti dəfə Milli KSM mükafatının qalibidir 20:04YAP-ın deputatlığa namizədinin Səbail rayonunda sakinlərlə səyyar görüşləri davam edir 22:0844 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən Umid Partiyasından deputatlığa namizəd Taleh Əliyevin seçicilərlə görüşləri davam edir 21:59Parlamentə millətini, dövlətini, xalqını sevən İqbal Ağazadə kimi deputatlar gərəkdir 21:38Daşaltı əməliyyatından 28 il ötür 10:14Bakı-Salyan şosesində 2 avtomobil toqquşub, xəsarət alan var 10:10Daha bir vəzifəli şəxsə cinayət işi açıldı - Yeyintiyə görə 10:04Əfsanəvi basketbolçu qəzada öldü 09:59Ata iki oğlunu hava limanında atıb gedib 09:55Arif Quliyev ilk dəfə xanımını göstərdi - EVİNDƏN VİDEO 09:52257 nəfər deputatlığa namizədliyini geri götürdü 21:28Araz Hüseynov namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü 21:25Bazarda hansı maşınlar bahalaşır? - AÇIQLAMA 21:22Ölümə təslim edilən “Supermario”: “Anamı bağışlaya bilmərəm” - SİRLİ ULDUZLAR 21:20Avtosalondan 5 yeni avtomobil oğurlayan dəstənin - VİDEOsu 21:16Məcburi köçkünlərin məskunlaşdığı poliklinikada yanğın olub 21:12Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb - YENİLƏNİB 21:08Çində koronavirusdan ölənlərin sayı 57 nəfərə çatıb - YENİLƏNİB 21:01Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanı başa çatdı 20:58XI Ramzesin rahibini "danışdırdılar" - İNANILMAZ 20:53"Mənim haqqım o insanların üzərində qalır” - Aysel 20:50DYP ilə bağlı sosial şəbəkədə sorğu keçirilib - Kimlər razıdır, kimlər razı deyil? 20:41Birinci vitse-prezident Mehriban Əliyevaya uşaqlarımız üçün gözəl şərait yaratdığı üçün sonsuz təşəkkürümüzü bildiririk - 11 saylı xüsusi təhsil məktəbindən reportaj 20:17Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub, 6 nəfər yaralanıb 20:13Marafon yarışlarında idmançılar niyə məhz 42 min 195 metr qaçırlar? 20:10Abşeronda iki məktəbli qızı vuran sürücü tutulub 20:07Cəriməsi olan sürücü və piyadalar sərhədi keçə bilməyəcəklər - YENİ TƏLƏB - VİDEO 20:04Ziyad Əliabbas oğlu Səmədzadə- ZƏNGİNLİK! 19:57YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb 00:24Əfqan Quliyevin seçicilər ilə görüşü uğurla davam edir - FOTOLAR 00:17103 saylı dairənin qalibi Elmar Musayev olacaq 00:17Abşeron rayonu 45 saylı Dairə Seçki Komissiyası tərəfindən namizədliyi qeydə alınan Cəmil Zəbhulla oğlu Dadaşovun seçkiqabağı PLATFORMASI 00:16Azərbaycan gimnastı: Mən bütün gücümü Bakıdakı Dünya kubokuna yönəldəcəyəm 23:57Son 5 ildə 160-dək cinayətkar Azərbaycana ekstradisiya edilib 23:54Türkiyədə zəlzələdə ölənlərin sayı açıqlandı 23:50Heydər Əliyev Mərkəzində "Bakı və Moskvada onları sevirlər" fotosərgisi açılıb 23:46Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, tibb işçiləri xəsarət alıb 23:35"Bakcell" və INNOLAND gənc developerləri investorlarla tanış edib 23:31Xırdalan qəbiristanlığı sökülür? - RƏSMİ AÇIQLAMA 21:47Çində yeni koronavirusa yoluxanların sayı 644-ə, ölənlərin sayı isə 18-ə çatıb 21:43Qubada körpələr evi yanıb 21:42Azər Paşa Nemətov: 2020-ci il üçün Akademik Milli Dram Teatrının planları böyükdür 21:33Prezident İlham Əliyev “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşüb 21:24Xalq artistləri Adil Əliyevi dəstəkləyiblər 11:07Yunanlar ölkələrinin miqrant axınına tab gətirə bilməyəcəklərindən qorxurlar 11:03Bu komandalar Türkiyə kubokunun dörddəbir final mərhələsinə yüksəlib 10:59Paytaxtda saxta pulla telefon alan şəxs saxlanıb 10:56Biləsuvarda İran vətəndaşlarından 16 kq narkotik və silah-sursat ələ keçirilib 10:52Bakıda növbəti 7 ildə 11 metrostansiya tikiləcək 10:47Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu iyulun 19-da aparılacaq 10:4329 saylı Səbail seçki dairəsindən YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayon gəncləri ilə görüş keçirib 15:30“XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilir 15:21