Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda taksi sürücüsündən ŞOK ƏMƏL - Müştərini döyüb 500 manat aldı

    Bakıda taksi sürücüsündən ŞOK ƏMƏL - Müştərini döyüb 500 manat aldı Quldurluqda şübhəli bilinən Cəlilabad sakini tutulub.
    DİN-in "102” Zəng-Mərkəzinə müraciət edən Salyan rayon sakini F.Adışirinov oktyabrın 6-da saat 22 radələrində rayon ərazisində sərnişin qismində "Mercedes” markalı avtomobilə minərək Bakı şəhərinə gəldiyini, Yasamal rayonu ərazisində isə sürücünün onu döyərək 497 manatını aldığını bildirib.
    Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
    DİN-in Təhlükəsiz Şəhər Xidməti, Əlahiddə Çevik Polis Alayı, Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən, qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü, Cəlilabad rayon sakini S.Piriyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.
    Yasamal RPİ tərəfindən araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ