Sizin reklam burada
Sizin reklam burada
  • Mingəçevirdə ölmüş heyvan ətinin satışa çıxarılmasının qarşısını alınıb

    Mingəçevirdə ölmüş heyvan ətinin satışa çıxarılmasının qarşısını alınıb Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Mingəçevir şəhəri Kənar küçəsi 1, ev 3 ünvanında yaşayan Həsənov Kəmaləddin Əlibarat oğluna məxsus həyatyanı sahəyə baxış keçirilib.
    AQTA-dan verilən məlumata görə, baxış zamanı vətandaş Həsənov Kəmaləddin Əlibarat oğlunun həyətyanı sahəsində satış məqsədi ilə aqoniya vəziyyətdə kəsilmiş təxmini çəkisi 400 kq olan iki baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib. Heyvan cəmdəklərinə orqanoleptik baxış keçirilən zaman heyvanların qansızlaşdırılmasının düzgün aparılmadığı məlum olub.
    Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.
    Hazırda faktla bağlı araşdırma davam etdirilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ