Sizin reklam burada
Sizin reklam burada
  • Şamaxı yolunda "RAV 4" aşdı, ölən və yaralanan var

    Şamaxı yolunda "RAV 4" aşdı, ölən və yaralanan var Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.
    Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verib.
    Bakı şəhər sakini - 1967-ci il təvəllüdlü Alıyev Arif Mustafa oğlu idarə etdiyi "RAV 4" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı dirəyə çırpılaraq aşıb. Sürücü hadisə yerində ölüb, sərnişini - Şamaxı rayon sakini İsayev Əbilxan Şahib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ