Sizin reklam burada
Sizin reklam burada
  • Ağır qəza nəticəsində xəsarət alan 5 nəfərdən biri öldü - YENİLƏNİB

    Ağır qəza nəticəsində xəsarət alan 5 nəfərdən biri öldü - YENİLƏNİB Ötən gün Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Sumqayıt-Hacı Zeynalabdin qəsəbəsi avtomobil yolunun Sumqayıt Texnologiyalar Parkının ərazisindən keçən hissəsində iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
    Xəsarət alan şəxslər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
    5 yaralıdan biri bu gün səhər saatlarında ölüb.
    Həkimlərin səylərinə baxmayaraq, ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 1957-ci il təvəllüdlü İbrahimova Əfruz Bakir qızı bu gün səhər saatlarında ölüb.
    Faktla bağlı araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ