Sizin reklam burada
Sizin reklam burada
  • DİN: Yol qəzalarında 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb

    DİN: Yol qəzalarında 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb İyunun 22-dən 24-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 35 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.
    Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilib.
    Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ