Sizin reklam burada
Sizin reklam burada
  • Pula görə böyrəklərini satan ər-arvad: “Ev tikdirəcəkdik...” –DƏHŞƏTLİ İFADƏLƏR

    Pula görə böyrəklərini satan ər-arvad: “Ev tikdirəcəkdik...” –DƏHŞƏTLİ İFADƏLƏR Böyrək alverində təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
    Bakıı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxs qismində tanınan ər-arvad Rauf və Sevinc Şirəliyevlər çağrılıb.
    Məhkəmədə məlum olunub ki, ər-arvad hər ikisi böyrəyini satıb.
    Prosesdə ifadə verən Rauf Şirəliyev deyib ki, yoldaşı hamilə olduğu üçün məhkəməyə gələ bilməyib.
    Zərərçəkən heç bir şikayət və tələbinin olmadığını deyib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib.
    R.Şirəliyev istintaqa ifadəsində də bildirib ki, daimi işi olmadığından çox adama borcu yaranıb və kirayə pulunu ödəyə bilməyib: “2016-cı ildən özümüzə kiçik bir ev tikdirmək istədik, amma başa çatdıra bilmədik. İş axtarmaq məqsədilə internetdə elanlara baxanda gördüm ki, böyrək donoru axtaranlar var. O elanın altında yerləşdirilən telefon nömrəsinə zəng elədim. Cavab verən adam dedi ki, qohumu üçün böyrək axtarır. Zəngləşdik, Bakıya dəvət etdi. Sonradan adının Vahib olduğunu bildiyim adam mənə özünü Sahib kimi təqdim etdi”.
    Qiymət məsələsində R.Şirəliyev öncə böyrəyini 15 minə satmaq istədiyini deyib, amma qarşı tərəf razılaşmayıb: “Sahib dedi ki, camaat bu qiymətə ciyər, ürək alır. Böyrəyə görə heç kim 8 mindən yuxarı pul verməz. Mən də 8 minə razılaşdım. Bakıda Tibb Universitetinin klinikasında analiz verib, daha sonra böyrəyin respientə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün hər ikimiz İrana getdik. Böyrək köçürülməsi əməliyyatı isə Tacikistanın paytaxtı Düşənbə şəhərində baş tutdu. O, əməliyyatdan sonra da razılaşdıqları məbləği aldım.”
    Zərərçəkənin həyat yoldaşı Sevinc Şirəliyeva istintaqa ifadəsində deyib ki, kirayə qalırdılar, maddi baxımdan çətinlik çəkirdilər, Ucarda özlərinə ev tikmək istəsələr də, tikib başa çatdıra bilmirdilər. Ona görə Rauf bir sıra adamlardan borc alıb, ancaq qaytara bilmirdi. Maddi çətinliyə görə həyat yoldaşı böyrəyini satandan sonra V.Xudadatovdan eşidiblər ki, bir ərəb var, donor axtarır, 12 min dollar verməyə razıdır. O da razılaşıb.
    S.Şirəliyevanın sözlərinə görə, əməliyyatdan sonra böyrək köçürülən şəxsin qohumları onun həyat yoldaşı Raufa 12 min dolları ödəyib.
    Prosesdə zərərçəkən qismində Cavidan Hüseynov dindirilib. O da şikayətçi olmadığını, böyrəyini öz istəyilə satdığını bildirib. Deyib ki, hətta bu məqsədlə saytların birində elan da yerləşdirib. O, məhkəmədə bildirib ki, böyrəyinə görə 10 min 500 manat pul alıb.
    C.Hüseynov istintaqa ifadəsində deyib ki, Tacikistanda baş tutan əməliyyatdan sonra Bakıya qayıdanda vəziyyəti pisləşib, yarada çirk yaranıb. Xəstəxanaya gedəndə məlum olub ki, əməliyyat vaxtı tənzifi unudub içəridə saxlayıblar. C.Hüseynov yenidən əməliyyat edilib, tənzif oradan çıxarılıb.
    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.
    Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.
    Cinayət işində 27 zərərçəkmiş var.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ