Sizin reklam burada
Sizin reklam burada
  • Zaqatalada sexlərin birindən 250 kq fındıq oğurlanıb

    Zaqatalada sexlərin birindən 250 kq fındıq oğurlanıb Zaqatala Rayon Polis Şöbəsinə Aşağı Tala kəndi ərazisindəki fındıq sexlərinin birindən 250 kiloqram fındığın oğurlanması barədə müraciət daxil olub.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalara başlanıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş M.Mamayev saxlanılıb, digər 1 nəfərin isə şəxsiyyəti müəyyənləşdirilib.
    Polis əməkdaşları tərəfindən onların rayon ərazisində və paytaxtın Binəqədi rayonu ərazisində törətdikləri digər analoji əməllərinin də üstü açılıb.
    Belə ki, onların kənd ərazisində digər fındıq sexindən 100 kiloqram fındıq ləpəsi, kənd sakininə məxsus “VAZ-2106” markalı avtomobildən videoqeydiyyat qurğusu və pul, həmçinin cari ilin fevral-mart ayları ərzində paytaxtın Binəqədi rayonu ərazisindən 3 “VAZ” markalı avtomobili qaçırmaları da müəyyən edilib.
    Araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ