Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda keçmiş məhkumu amansızlıqla qətlə yetirən şəxsin ibtidai istintaq başa çatıb

    Bakıda keçmiş məhkumu amansızlıqla qətlə yetirən şəxsin ibtidai istintaq başa çatıb Bakıda keçmiş məhkum qətlə yetirməkdə təqsirləndirilən Etibar Qəhrəmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
    Cinayət işi baxılması üçün Bakı Ağır Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
    Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.
    Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
    Qeyd edək ki, hadisə bu ilin avqust ayında Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində baş verib.
    Belə ki, 1974-cü il təvəllüdlü E.Qəhrəmanov həmyerlisi, 1983-cü ildə anadan olmuş Əlizadə Xanzadəni qətlə yetirib.
    Onların hər ikisi əvvəllər məhkum olunmuş şəxslərdir.
    Daha sonra E.Qəhrəmanov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ