Sizin reklam burada
Sizin reklam burada
  • "Zeytun budağı"nın SON GÜNDƏLİYİ - 1062 terrorçu, 19 obyekt məhv edilib

    "Zeytun budağı"nın SON GÜNDƏLİYİ - 1062 terrorçu, 19 obyekt məhv edilib Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı başladığı gündən 1062 terrorçu zərərsizləşdirilib.
    Qərargah təkcə son sutka həyata keçirilən əməliyyatlar nəticəsində İŞİD, YPG və PYD terror təşkilatlarının 34 üzvünün məhv edilməsi barədə xəvər yayıb.
    Bundan başqa, son məlumata görə, terrorçuların silah-sursat dolu 19 mühüm obyektinin də məhv edildiyi bildirilib.
    Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ