Sizin reklam burada
Sizin reklam burada
  • Rostovda alış-veriş mərkəzində güclü yanğın

    Rostovda alış-veriş mərkəzində güclü yanğın Rusiyanın Rostov şəhərində “Temernik” bazarında güclü yanğın baş verib.
    RİA Novostinin verdiyi xəbərə görə, ikimərtəbəli alış-veriş mərkəzində qeydə alınan yanğın 6 min kvadrat metr ərazini əhatə edib.
    İnsident nəticəsində ölən və yaxud xəsarət alan olmayıb. Hazırda yanğın lokallaşdırılıb. Hadisə yerinə 400 canlı qüvvə və 50-dən çox texnika cəlb edilib. Yanğının səbəbləri məlum deyil.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ