Sizin reklam burada
Sizin reklam burada
  • Çində yağışlar kəsmir - 48 mindən çox adam təxliyə edildi

    Çində yağışlar kəsmir - 48 mindən çox adam təxliyə edildi Çinin mərkəzi Xunan vilayətinə yağan aramsız yağışlar yerli hakimiyyəti 48 mindən çox adamı təxliyə etməyə məcbur edib.
    Son 3 gündə bu ərazilərdə kəskin hava şəritindən təxminən 530 min adam ziyan çəkib, 3 nəfər ölüb, 1 nəfər itkin düşüb.
    Təxminən minə yaxın yaşayış evinə, 27 min hektardan çox əkin yeri ziyan dəyib.
    Güclü yağışlar çaylarda suyun səviyyəsinin 7 metrə qədər qalxmasına səbəb olub, onlarla ev su altında qalıb.
    Meteoroloqların proqnozlarına görə, belə yağışlar vilayətdə hələ avqustun 15-ə qədər davam edəcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ