Sizin reklam burada
Sizin reklam burada
  • ABŞ-da “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 27-yə çatıb

    ABŞ-da “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 27-yə çatıb ABŞ-da “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 27-yə çatıb.
    Bu barədə NBC telekanalı xəbər verib.
    Məlumata əsasən, qasırğanın yaratdığı sel və daşqınlar nəticəsində Şimali Karolina ştatında 11 nəfər ölüb. Digər ölüm halları Cənubi Karolina, Florida və Corciya ştatlarında qeydə alınıb.
    Təbii fəlakət 1 milyondan çox insanı elektrik enerjisiz qoyub. Ciddi fəsadlar törədən qasırğa zəifləyərək ABŞ-ın cənub-qərb ştatları ərazilərindən uzaqlaşıb. “Metyu” Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ