Sizin reklam burada
Sizin reklam burada
  • Aİ Ankaranın Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində səylərini yüksək qiymətləndirib

    Aİ Ankaranın Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində səylərini yüksək qiymətləndirib Ukrayna və Rusiya ilə yaxşı münasibətlər sayəsində Türkiyə danışıqlar prosesində müsbət irəliləyiş əldə edə bildi.
    Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel "Frankfurter Allgemeine" qəzetinə bildirib.
    Onun sözlərinə görə, Türkiyə və BMT Kiyev və Moskva arasında dialoqda ideal vasitəçi olaraq qalır. Bununla belə, J. Borrel hesab edir ki, Moskva Ukrayna ilə danışıqlarda Aİ-nin vasitəçiliyinə qarşı çıxacaq.
    "Rusiya bunu qəbul etməyəcək, necə ki, biz onu vasitəçi kimi qəbul etməyəcəyik. Çin də uyğun deyil, çünki o, Rusiyaya meyl edir", - Avropa diplomatiyasının rəhbəri vurğulayıb.
    O, əlavə edib ki, Avropa İttifaqı Ukraynaya silah tədarükünü davam etdirəcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ