Sizin reklam burada
Sizin reklam burada

Yaponiyanın qərbində koronavirusun "Britaniya" ştammı yayılıb

Yaponiyanın qərbində koronavirusun "Britaniya" ştammı yayılıb Yaponiyanın Kobe şəhərinin hakimiyyəti yeni koronavirus növünün "Böyük Britaniya" ştammına yoluxanların sayında artım qeydə alıb.
Bu barədə NHK televiziya kanalı xəbər verib.
Fevral ayının ilk həftəsində onların bölgədəki ümumi yoluxma sayı arasında payının 4,6%, ikinci həftəsində - 10,5%, üçüncü həftəsində - 15,2% olduğu qeyd edilib.
Bu yoluxan qrupun artması ilə əlaqədar olaraq, şəhər hakimiyyəti yeni stammının yayılmasına nəzarət etmək üçün aparılan testlərin sayını çoxaltmağa qərar verilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ