Sizin reklam burada
Sizin reklam burada

NATO İqardakı hərbçilərinin sayını artırır

NATO İqardakı hərbçilərinin sayını artırır NATO ölkələrinin müdafiə nazirləri alyansın İqardakı hərbçilərinin sayının artırılması barədə qərar qəbul ediblər.
Bunu Brüsseldə keçirilən mətbuat konfransı zamanı NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Y.Stoltenberq bildirib: "İraqdakı missiyamızın sayını 500 nəfərdən 4 min nəfərə qədər artırmaq barədə qərar qəbul etdik. Hərbçilərin sayının artırılması bir neçə ay ərzində mərhələli şəkildə həyata keçiriləcək".
Baş katib qeyd edib ki, təlim missiyası statusu qorunacaq, qoşunlar döyüş əməliyyatlarında iştirak etməyəcək. Onun sözlərinə görə, NATO-nun İraqdakı genişləndirilmiş missiyasının komandanlığını Danimarka həyata keçirəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ