Sizin reklam burada
Sizin reklam burada

İranın İraqla sərhədləri bağlana bilər

İranın İraqla sərhədləri bağlana bilər İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində koronavirusun “Britaniya” ştammının yayıldığını nəzərə alaraq bu vilayətin İraqla bütün sərhəd məntəqələrinin tam şəkildə bağlanması zəruridir.
Bu, İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməkinin İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzliyə ünvanladığı məktubda qeyd olunub.
S.Nəməki qeyd edib ki, mutasiyaya uğramış koronavirusun yeni ştammı vilayətdə sürətlə yayılmaqdadır. Buna görə, sərhədlər naməlum müddətə bağlansın.
İranın Xuzistan vilayətində koronavirusla mübarizə komitəsinin rəhbəri Fərhad Əbülnejadian da Xuzistan vilayətində fövqəladə vəziyyətin elan olunmasını istəyib: “Ötən iki həftə ərzində Xuzistan vilayətində koronavirusun “Britaniya” ştammına yoluxma hallarının artması nigaranlıq yaradıb. Koronavirusun yayılmasının qarşısının alınması üçün Xuzistan vilayətində ciddi və təcili addım atılmalıdır”.
Qeyd edək ki, İranda bu günədək 1 542 076 nəfər koronavirusa yoluxub, bu virus nəticəsində 59 184 nəfər ölüb və 1 317 612 nəfər sağalıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ