Sizin reklam burada
Sizin reklam burada

Sadır Japarov Qırğızıstanın prezidenti seçilib

Sadır Japarov Qırğızıstanın prezidenti seçilib Qırğızıstanda vaxtından əvvəl prezident seçkiləri və idarəetmə formasına dair referendum başa çatıb.
Ölkə Mərkəzi Seçki Komissiyası Sadır Japarovun seçkilərdə 52.11% səslə qalib gəldiyini bildirir.
Qeyd edək ki, prezident seçkiləri ilə eyni vaxtda idarə üsulu ilə bağlı referendum da keçirilib. Ölkənin 80%-dən çox seçicisi prezident idarə üsuluna səs verib. Bu o deməkdir ki, Japarovun səlahiyyətləri genişləndirilir.
Bununla da Qırğızıstanda növbədənkənar prezidenti seçkiləri və referendum baş tutmuş sayılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ