Sizin reklam burada
Sizin reklam burada

PKK Ermənistana dəstək olduğunu etiraf etdi

PKK Ermənistana dəstək olduğunu etiraf etdi Türkiyə tərəfindən axtarışda olan terrorçu Layika Gültekin (kod adı Beritan Dersim) PKK-nın Ermənistanı dəstəklədiyini etiraf edib.
Türkiyə KİV-ri xəbər verir ki, o, bu barədə terror təşkilatının yayım orqanlarına açıqlamasında bildirib.
“Bizim tükəndiyimizi deyirlər. PKK üçün heç nə bitməyib. Qarabağadək gedib ermənilərə azadlıq veririk. Erməni xalqı istədiyi halda biz onların yanlarında olacağıq”.
PKK Ermənistana dəstək olduğunu etiraf etdi Qeyd edək ki, L. Gültekin PKK-nın qadın quruluşu “YSA Star”ın əsas üzvlərindən biridir. Türkiyə Daxili işlər Nazirliyinin axtarışa verdiyi terrorçuların siyahısındadır.
Xatırladaq ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqları uğrunda gedən 44 günlük müharibədə Ermənistanın Azərbaycana qarşı silahlı muzdlulardan, xüsusilə də PKK yaraqlılarından istifadə etdiyi dəfələrlə bəyan olunub.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində də ermənilərin PKK ilə işbirliyində olduğunu qeyd etmişdi:
“Bizdə əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair kifayət qədər dəlillər var. Onlar erməni əsilli olduqlarını deyirlər, lakin birincisi, bunun heç bir fərqi yoxdur. Çünki əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o, muzdludur. Bundan əlavə, onların hamısının erməni olmasına dair bizdə 100 faiz dəlil yoxdur. Biz başqalarının olduğunu bilirik. Bilirik ki, PKK oradadır. Bilirik ki, Yaxın Şərqdən bəzi terrorçular qondarma “Dağlıq Qarabağ ordusu”na qoşulublar. Ona görə də, əfsuslar olsun ki, bu məsələ qətiyyən müzakirə mövzusu (out of picture) deyil. Bu, Azərbaycana qarşı qəsdən törədilmiş hücum barədə siyasi hücum təəssüratı yaradır”.
Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də “PKK terror təşkilatının müharibəyə qoşulması ilə bağlı narahatlığımız var. Onlar da Ermənistan silahlı qüvvələrinin sıralarında yer alırlar. Əsasən də ilk müdafiə xəttinə təyin olunurlar”, - deyə açıqlama vermişdi.
H. Hacıyev daha sonra açıqlama yayaraq qeyd etmişdi ki, xarici kütləvi informasiya vasitələrində kəşfiyyat məlumatlarına istinadən Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə PKK terrorçularının yerləşdirilməsi və onlara Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərinin geyindirilməsi barədə ciddi xəbərlər öz əksini tapıb: PKK Ermənistana dəstək olduğunu etiraf etdi "Ermənistan rəhbərliyinin və kriminal xunta rejiminin hər hansı mənəvi-etik məhdudiyyətləri yoxdur. Ermənistan tərəfi PKK terrorçularına və Ermənistan əsgərlərinə Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərini geyindirərək onlar tərəfindən mülki erməni əhaliyə qarşı hərbi cinayətlərin törədilməsini təşkil edə və sonradan bütün propaqanda resurslarını cəlb edərək məsuliyyəti Azərbaycanın üzərinə atmağa da cəhd göstərə bilər. Döyüş şəraitində məhv edilən və Azərbaycan silahlı qüvvələrinin hərbi forması geyindirilmiş PKK terrorçularını isə guya Azərbaycan tərəfdən vuruşan muzdlular kimi təqdim edə bilər.
1988-ci ildə SSRİ DTX-nın dəstəyi ilə Ermənistan xüsusi xidmət orqanlarının Sumqayıtda erməni kriminal Eduard Qriqoryanın rəhbərliyi altında mülki erməni əhalisinə qarşı poqromların təşkil edilməsi və sonradan buna görə Azərbaycanın günahlandırılması faktını çox yaxşı xatırlayırıq”.
Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən isə PKK-PYD-YPG üzvləri barəsində cinayət işi başlanıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ