16 okt 10:06Dünya

Ermənistana qarşı hansı sanksiyalar tətbiq edilə bilər?

Ermənistana qarşı hansı sanksiyalar tətbiq edilə bilər? Bu günlərdə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə, Tərtərə, Bərdəyə, Mingəçevirə, Naftalana və Azərbaycanın mülki əhalinin yaşadığı digər regionlara atılan kaset bombalarına və ballistik raketlərə görə bu dövlətə qarşı BMT Nizamnaməsinin VII Fəslinə ("Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər”) əsasən xüsusi sanksiyalar qəbul edilə bilər.
Bunu hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov söyləyib. O bildirib ki, bunun üçün beynəlxalq təhlükəsizliyin və sülhün qorunması məqsədilə BMT Təhlükəsizlik Şurasının Cənubi Afrikaya, keçmiş Yuqoslaviyaya, İraqa, Ruandaya, Somaliyə, Syere-Lionaya, Liviyaya və digər ölkələrə qarşı qəbul edilən sanksiyalarını qeyd etmək olar.
"Sanksiyalardan danışanda biz daha çox BMT Nizamnaməsinin 39-51 maddələrini qeyd etməliyik. Həmin sanksiyalar dövlətlərə hökumətlərin və ya hərbi qüvvələrin beynəlxalq hüquq və humanitar normaların pozulmasına, insanlığa qarşı cinayətlər törədilməsinə (soyqırımı) yönələn qərarlar verdiyinə görə tətbiq edilir. BMT Təhlükəsizlik Şurası ədalətin bərqərar olunması məqsədilə iqtisadi və diplomatik əlaqələrin pozulması, dəmiryol və nəqliyyat əlaqələrinin dayandırılması, xaricdə bank hesablarının dondurulması, beynəlxalq məhkəmənin (tribunal) yaradılması və digər sanksiyaları qəbul edib.
Ümumiyyətlə, Yuqoslaviya, Ruanda və digər tribunallar BMT Təhlükəsizlik Şurasının qərarı ilə yaradılıb. Tribunal – beynəlxalq statusa malik müstəqil məhkəmə orqanıdır.
1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Ağdam rayonlarının mülki əhalisinə qarşı bakterioloji və zəhərli silahlardan istifadə etməsi faktına görə dəfələrlə Azərbaycan hökuməti tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət edilib. Bu günlərdə də Gəncənin və digər rayonların mülki əhalisinə kaset bombalar və raketlər atılması beynəlxalq humanitar normaları və 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyalarının müəyyənləşdirdiyi əsasları pozur.
Ermənistan hökumətini və silahlı qüvvələrini idarə edən şəxslərin məsuliyyətə cəlb edilməsi, Ermənistana qarşı iqtisadi və diplomatik məhdudiyyətlərin qəbul edilməsi BMT Təhlükəsizlik Şurasının gündəliyində baxılması məqsədilə ətraflı hesabatlar hazırlanaraq təqdim edilə bilər.
Eyni zamanda, Avropa Şurasının Ermənistana qarşı siyasi və iqtisadi xarakterli məhdudiyyətlərin qəbul edilməsi mümkündür. Məsələn, Ermənistanla Avropa Şurasının ölkələri arasında nəqliyyat, rabitə, maliyyə əlaqələrinin pozulması, Ermənistan hökuməti rəhbərlərinin xarici ölkələrdə olan bank hesabların dondurulması, Avropa Şurası Parlament Assambleyasında iştirakının dayandırılması və s.
Beynəlxalq təşkilatların Ermənistana qarşı müvafiq qərarlar qəbul etməsi üçün Azərbaycan hökuməti tərəfindən vacib dəlillər və faktlar toplanılıb. Beynəlxalq hüquq prinsiplərinin, humanitar hüquq normalarının və insan hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası tərəfindən tədbirlər görülür. Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərə BMT, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən hüquqi qiymət verilməlidir.
Biz əminik ki, yaxın zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa ediləcək və mülki əhaliyə qarşı cinayətlər törədən şəxslər məsuliyyətə cəlb ediləcəklər. Bunun üçün bütün hüquqi və siyasi əsaslar var.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Bu rayonlara giriş-çıxış dayandırılır 11:32Kəlbəcərin mövcud yataqlarının ehtiyatları yenidən öyrəniləcək - RƏSMİ 11:29Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib 11:26Dövlət başçısı: “Gəncəyə edilən hücumlara haqq qazandırmaq olmaz” 11:19Böyük Britaniyanın Lordlar Palatasının üzvü Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin mülki əhalisinə qarşı törədilən təcavüzü pisləyən bəyanatla çıxış edib 11:15PARLAMENTİN SƏDRİ SAHİBƏ QAFAROVA TÜRKİYƏNİN "DAILY SABAH" JURNALINA MÜSAHİBƏ VERİB 11:04MİLLİ MƏCLİSİN SƏDRİ TV24 TELEKANALINA MÜSAHİBƏ VERİB 10:55Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin Qarabağda həyata keçirdiyi əks-hücum əməliyyatları erməni xalqını 30 ildir yaşadığı səfalətdən qurtaracaq 12:44Arutyunyan erməniləri dua etməyə çağırır... 11:22İlham Əliyev Qarabağı Azərbaycanın ən inkişaf etmiş məkanına çevirəcək 10:42Ceyhun Bayramov bu gün Vaşinqtonda Mayk Pompeo ilə görüşəcək 10:00Ermənistan ordusunun şəxsi heyəti döyüşlərə girməkdən imtina edir - RƏSMİ 09:58Fransa qəzeti Tərtərdə mülki vətəndaşların atəşə tutulmasından yazdı 09:55Putin: Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz 09:48Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır 09:46Rusiya silahlı qüvvələrinin Dağlıq Qarabağda iştirakı planlaşdırılmır - AÇIQLAMA 09:43Vacib ərazi və yüksəkliklər ələ keçirilib - Müdafiə Nazirliyi 09:41Dünyada koronavirusa sutkalıq yoluxmada antirekord qeydə alındı 09:40Düşmən fərarilik edərək mövqeləri tərk edir 09:39ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirdi 09:38Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyatlar döyüş əməliyyatlarının aparılması taktikasını dəyişir 09:35Milli Məclisinin oktyabrın 27-də keçiriləcək Iclasının gündəliyinə təklif olunan M Ə S Ə L Ə L Ə R 09:33Bu gün hamımız Cənab Prezidentin əsgərləriyik və Şanlı Azərbaycan Ordusunun başında layiqli Milli Qəhrəmanın olması olduqca zəruridir! 17:54İŞĞALDAN AZAD OLUNAN ƏRAZİLƏRİMİZƏ YENİ NƏFƏS GƏLƏCƏK! 17:51Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hücumlarını kəskin şəkildə qınayır 17:49REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA 17:47AVROPA İTTİFAQI - AZƏRBAYCAN PARLAMENT ƏMƏKDAŞLIQ KOMİTƏSİNİN BÜRO İCLASI KEÇİRİLİB 15:54Milli Məclisə Ermənistan silahlı qüvvələrinin təcavüzünü pisləyən məktublar gəlir 15:52Prezident İlham Əliyev: Azərbaycan özü döyüşür, bizim heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur 14:48Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq 14:45Yoluxma sayı artarsa məhdudiyyətlər artırılacaq? - Baş infeksionistdən açıqlama 12:39"Qarabağın məşhur müəllimləri" - Həmidə xanım Cavanşir 12:31SİM kartlar ləğv olunur - YENİLİK 12:29Hacı Şahin: "Bu, xoşagəlməz nəticələrə gətirib çıxara bilər" 12:03"Qəbələyə Səddam Hüseynin istifadə etdiyi Skadlardan atəş açılıb" - Hikmət Hacıyev 12:00Paşinyandan daha bir gülməli təklif 11:58“İti qovan” Pilotsuz Uçuş Aparatlarının istehsalı davam edir 11:15Azərbaycan və Türkiyə diplomatları Amerika Dövlətləri Təşkilatının ermənipərəst baş katibini ifşa etdilər 11:05PARLAMENTİN REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASI KEÇİRİLƏCƏK 10:58Ermənistanda 13 MiQ-29 peyda oldu 10:26Ermənilərin yüksək rütbəli hərbçiləri məhv edilib 10:22Azad olunmuş ərazilərdə yeraltı sərvətlər yenidən qiymətləndiriləcək 10:18MN: Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur 10:15Ermənistan Qəbələ və Kürdəmirə ballistik raketlər atıb 10:08Cəbhədə son vəziyyət: Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib 10:02Avropa Liqası: "Qarabağ" qrup mərhələsində mübarizəyə başlayır 09:57Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir 15:39Ermənilərə dəstək verən Tatulovanın Bakıdakı kafesi bağlandı 15:13Milli Məclis və İtaliya Senatı deputatlarının videokonfrans formatında görüşü keçirildi 14:31Azərbaycan Ordusu tarix yazır 11:49Şuşa və Xankəndinə gedən əsas yollar nəzarətimizə keçdi 11:33Ermənistan Müdafiə Nazirliyi etiraf etdi 11:28Hikmət Hacıyevdən Sarkisyana CAVAB: "İndi özünü mələk kimi göstərmək istəyir" 10:51Güzəştli qaz limitini keçənlərin SAYI 10:49"Ötən gün düşmən 6 şəhərimizə 500-ə yaxın mərmi atıb" - Hikmət Hacıyev 10:33Dövlət Komitəsindən Azərbaycan diasporuna MÜRACİƏT 10:29Dünyada koronavirusa yoluxanların sayı 41 milyonu ötüb 10:20Cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində düşmənin bölmələri geri çəkilməyə məcbur edilib 10:16Çempionlar Liqasında "Lasio" "Borussiya"nı, "Mançester Yunayted" "PSJ"ni məğlub edib 10:11Cəbhədəki məğlubiyyət Paşinyan iqtidarına olan inamı heçə endirib 18:26