Sizin reklam burada
Sizin reklam burada
  • ABŞ-da 2 polisi maşında güllələdilər

    ABŞ-da 2 polisi maşında güllələdilər ABŞ-ın Kaliforniya ştatında atışmada zamanı 2 polis zabiti ağır yaralanıb.
    Bu barədə Los Anceles şəhərinin polis orqanının rəsmi “Twitter” səhifəsində məlumat verilib.
    Məlumata görə, şerifin iki müavini şənbə günü edilən hücum zamanı çoxsaylı güllə yarası alıb.
    Zabitlərin vəziyyətinin ağır olduğu bildirilir.
    Onlar xidmətdə olarkən avtomobilin içərisində güllələniblər.
    Hadisənin kimlər tərəfindən törədilməsi hələ ki, müəyyən edilməyib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ