Sizin reklam burada
Sizin reklam burada
  • İndoneziya təyyarəsinin qəzaya uğradığı yerdə mühərriklərdən biri və füzelyajın parçası aşkar edilib

    İndoneziya təyyarəsinin qəzaya uğradığı yerdə mühərriklərdən biri və füzelyajın parçası aşkar edilib İndoneziyanın "Lion Air” şirkətinə məxsus təyyarənin qəzaya uğradığı yerdə çalışan hərbi dalğıclar mühərriklərdən birini və füzelyajın böyük bir hissəsini aşkar ediblər.
    Bu barədə noyabrın 2-də "Detik News” portalı təyyarənin və sərnişinlərin qalıqlarının çıxarılması əməliyyatlarına rəhbərlik edən kontr-admiral Yudo Marqonoya istinadla məlumat yayıb.
    "Mühərrik, şassi və füzelyajın böyük bir parçası ilkin məlumatlara görə təyyarənin düşdüyü və ilk parçaların aşkar edildiyi yerdən 400 metr kənarda tapılıb. Tapılan mühərrik torpağa çox dərin oturduğundan onu çıxarmaq çətin olacaq. Bunun üçün xüsusi avadanlıq tələb edilir və tezliklə həmin avadanlıq buraya gətiriləcək. Tapılan füzelyaj parçası özü də çoxsaylı hissələrə parçalanıb və onları da qaldırmaq asan olmayacaq. Təyyarənin aşkar edilən şassisi isə artıq sudan çıxarılaraq sahilə çatdırılıb”, - deyə kontr-admiral bildirib.
    Xatırladaq ki, dalğıclar təyyarənin "qara qutu”larından birini artıq tapıblar və onun üzərində iş davam edir. Bununla yanaşı, nəşr bildirir ki, danışığı yazan ikinci "qara qutu”nun axtarışları davam etdirilir.
    Səmaya qalxdıqdan 13 dəqiqə sonra qəzaya uğrayan "Lion Air” aviaşirkətinə məxsus "Boeing-737” sərnişin təyyarəsi Yava adasının qərbində dənizə düşüb. Təqribən 30-40 metr dərinlikdə yerləşən təyyarənin parçaları çox böyük əraziyə yayılıb. Qəzanın səbəbləri hələlik məlum deyil.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ