Sizin reklam burada
Sizin reklam burada
  • Afinada tələbələr polisləri daş-qalaq etdi

    Afinada tələbələr polisləri daş-qalaq etdi Afina Politexnik Universitetində tələbə üsyanının amansızcasına yatırılmasının 43-cü ildönümünə həsr olunmuş yürüşün iştirakçıları polis əməkdaşlarına “Molotov kokteylləri” atıb.
    Bu barədə “NewsPeace” nəşri məlumat yayıb.
    İnsident Patission küçəsində baş verib. Yürüşə qatılan 50-dək etirazçı polis əməkdaşlarına daş, “Molotov kokteylləri”, stullar və digər əşyalar atıb. Buna cavab olaraq, asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə ediblər, saxlanılanlar var.
    Qeyd edək ki, 1973-cü ilin noyabrın 17-də Afina Politexnik Universitetində ölkəni idarə edən "qara polkovniklər"in faşist xuntasına qarşı baş vermiş tələbə üsyanı qəddarlıqla yatırılmışdı.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ